Uşaqların gələcəyinə töhfə verin
SOS Uşaq Kəndləri Azərbaycanda uşaqların təhlükəsiz, sabit və qayğıkeş mühitdə böyüməsi üçün çalışan peşəkar komandanın bir hissəsi ola bilərsiniz. Açıq vakansiyalarla tanış olun və missiyamıza qoşulun.
SOS Uşaq Kəndlərində iş mühiti
SOS Uşaq Kəndlərində iş mühiti insan yönümlü yanaşma, peşəkar məsuliyyət və uşaqların rifahına bağlılıq üzərində qurulur. Komandamıza qoşulan hər bir əməkdaş yalnız öz vəzifəsini icra etmir, həm də uşaqların daha təhlükəsiz və qayğı dolu gələcəyinə töhfə verir.
SOS Uşaq Kəndlərində iş mühiti insan yönümlü yanaşma, peşəkar məsuliyyət və uşaqların rifahına bağlılıq üzərində qurulur. Komandamıza qoşulan hər bir əməkdaş yalnız öz vəzifəsini icra etmir, həm də uşaqların daha təhlükəsiz və qayğı dolu gələcəyinə töhfə verir.
SOS Uşaq Kəndlərində çalışmaq gündəlik vəzifələri yerinə yetirməklə yanaşı, uşaqların həyatında real və davamlı dəyişiklik yaratmaq deməkdir. Burada hər bir əməkdaş öz işi ilə uşaqların təhlükəsiz, sabit və qayğı dolu mühitdə böyüməsinə töhfə verir.
İstər birbaşa uşaqlarla işləyən, istərsə də inzibati və dəstək funksiyalarında çalışan əməkdaş olsun, hər bir rol təşkilatın missiyasının həyata keçirilməsində əhəmiyyətli yer tutur. Bizim üçün iş yalnız nəticə deyil, həm də həmin nəticənin uşaqların rifahına necə təsir etdiyidir.
Təşkilatımızda komanda işi qarşılıqlı hörmət, məsuliyyət və əməkdaşlıq prinsipləri üzərində qurulur. Hər bir əməkdaşın fikri, təcrübəsi və peşəkar yanaşması dəyərləndirilir. Biz inanırıq ki, uşaqlar üçün güclü dəstək sistemi yaratmaq ilk növbədə bir-birini dəstəkləyən komanda mühitindən başlayır.
SOS Uşaq Kəndlərində əməkdaşlar təkbaşına deyil, ümumi məqsədə xidmət edən peşəkar komandanın bir hissəsi kimi fəaliyyət göstərirlər. Bu yanaşma həm iş proseslərinin daha səmərəli qurulmasına, həm də əməkdaşların özlərini təhlükəsiz və dəyərli hiss etməsinə şərait yaradır.
SOS Uşaq Kəndləri əməkdaşların bilik və bacarıqlarının davamlı inkişafını vacib hesab edir. Təşkilat daxilində müxtəlif təlimlər, öyrənmə imkanları və peşəkar inkişaf yönümlü fəaliyyətlər əməkdaşların öz sahələrində daha güclü və hazırlıqlı olmasına dəstək verir.
Bizim üçün inkişaf yalnız yeni bilik əldə etmək deyil, həm də bu bilikləri uşaqların rifahı, komanda işi və daha keyfiyyətli xidmət üçün tətbiq etməkdir. Əməkdaşların peşəkar böyüməsi təşkilatın ümumi fəaliyyət keyfiyyətinə və uşaqlara göstərilən qayğının davamlılığına birbaşa təsir edir.
Uşaqlarla və ailələrlə işləyən hər bir təşkilat üçün etik davranış və təhlükəsizlik prinsipləri əsas prioritetdir. SOS Uşaq Kəndlərində bütün fəaliyyətlər uşaqların hüquqlarının qorunması, şəxsi sərhədlərinə hörmət və təhlükəsiz mühitin təmin olunması prinsiplərinə əsaslanır.
Əməkdaşlarımızdan uşaqlarla, ailələrlə, həmkarlarla və tərəfdaşlarla münasibətdə məsuliyyətli, həssas və peşəkar davranış gözlənilir. Bu yanaşma uşaqların fiziki və emosional təhlükəsizliyinin qorunmasına, həmçinin təşkilat daxilində etibarlı və şəffaf iş mühitinin formalaşmasına xidmət edir.
Vakansiyalar
SOS Uşaq Kəndləri Azərbaycanda açıq vakansiyalarla tanış ola və uyğun mövqe üzrə müraciətinizi göndərə bilərsiniz. Müraciət qəbulu başa çatmış elanlar isə vakansiya arxivində saxlanılır.
Aktiv vakansiyalar
Ailə köməkçisi
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Ailə tipli qayğı layihəsinə
AİLƏ KÖMƏKÇİSİ vəzifəsinə iş elanı verir:
Ailə Köməkçisi Tərbiyəçi – Ana ilə birlikdə onların himayəsinə verilmiş uşaqların qayğısına qalır, təsərrüfat işlərinin yerinə yetirilməsində Tərbiyəçi – Anaya köməklik edir.
Ailə Köməkçisi SOS Ailə evində işləyərək məzuniyyətdə və ya istirahətdə olan tərbiyəçi-ananı əvəz edir, əvvəlcədən tərtib edilmiş qrafik əsasında ailə evində tərbiyəçi – anaya dəstək göstərir və Uşaq Kəndi Proqram Koordinatorunun göstərişi ilə köməyə ehtiyacı olan ailələrə öz köməyini göstərir. Ailə Köməkçisi tərbiyəçi – ana ilə birlikdə komanda şəklində çalışaraq onların himayəsinə həvalə edilmiş uşaqlara ən yaxşı qayğı və tərbiyəni təmin edir. Ailə Köməkçisi ailənin bir üzvü kimi uşaqlara qarşı qayğıkeş və anlayışlı davranır.
Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.
PROFİLİNİZ:
• Yaş həddi: 30-50 arası
• Orta ixtisas təhsilli (pedaqogika sahəsində orta ixtisas təhsilli namizədlərə üstünlük verilir)
• Dayə, tərbiyəçi köməkçisi, tibb bacısı, müəllim vəzifələrində iş təcrübəsi və ya uşaq tərbiyə etmək bacarıqları (ən azı 2 il)
• Əlavə peşəyönümü təhsil (təlim, seminarlar)
• Məsləhət vermək və ünsiyyət qurmaq bacarığı
• Sosial və təşkilati bacarıqlar
• Komandada işləmək istəyi və bacarığı
• Konflikt və stressin idarə olunması bacarığı
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq
• İlkin tibbi yardım göstərmək bacarığı
• Ev işləri və yemək hazırlamaq bacarıqları
• Tərbiyəçi ananı əvəz etmək üçün SOS Uşaq Kəndi daxilində yaşamaq imkanları
• Azərbaycan dili biliyi
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
• Tərbiyəçi Anaya ev işlərində (təmizlik, bazarlıq, yemək hazırlamaq və s.) köməklik etmək
• Ailə evində sanitar gigiyenik-qaydalara riayət etmək
• Uşaqların tərbiyə olunmasında Tərbiyəçi Anaya dəstək
• Uşaqların təhsilinə dəstək
• Uşaqların asudə vaxtlarının təşkilində Tərbiyəçi Anaya dəstək
• Uşaqların bioloji ailələrlə əlaqələrin dəstəklənməsi
• Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl etmək
İŞ ŞƏRTLƏRİ:
• Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
• 400.00 AZN (vergilər daxil) əmək haqqı;
• Beş günlük iş həftəsi;
• 2 gün (şənbə-bazar) istirahət (tərbiyəçi ananı əvəz edən günlərdə şənbə və bazar günlərinə də təsadüf edə bilər);
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
Uşaq müdafiəsi:
• Uşaq Müdafiə Siyasətinə riayət etmək
• Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
• Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
• Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) “Bakı SOS Uşaq Kəndi/ailə köməkçisi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
Vakansiya arxivi
Tərbiyəçi ana
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialına
TƏRBİYƏÇİ ANA
vəzifəsinə iş elanı verir:
Tərbiyəçi ana (SOS ANA) SOS Uşaq Kəndlərinin Ailə Tipli Qayğı layihəsinin/SOS ailəsinin aparıcı qüvvəsi, lideridir. Eyni zamanda o, ailə mühitində uşağa qayğı və təhsil səriştələrinə malik təlim-tərbiyə üzrə uşaq inkişafı mütəxəssisidir. Tərbiyəçi ana təşkilatın baxış, missiya və dəyərləri, həmçinin standartları çərçivəsində, uşaq hüquqlarının qorunmasını təmin edərək bacı və qardaş kimi böyüyən uşaqlarla (maksimum 6-8 uşaq olmaqla) birgə ailə yaradır, onlarla bir yerdə ailə evində yaşayır, uşaqların ehtiyaclarının qarşılanması üçün Uşaq Kəndi Proqramının digər işçiləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. O, himayəsindəki hər bir uşağın emosional və mənəvi inkişafını, həmçinin fiziki rifahını təmin edir. SOS ana uşağın sosial bacarıqlarının, intellektual və təhsil səviyyəsinin inkişafına məsuldur.
PROFİLİNİZ:
- 35-50 yaş arası yaş həddi;
- Orta ixtisas təhsili. Pedaqoji, psixoloji və sosial sahələr üzrə ali təhsilli namizədlərə üstünlük verilir;
- Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi. Dayə, müəllimə, tərbiyəçi və tibb bacısı kimi vəzifələr üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir:
- SOS Uşaq Kəndində uzun müddət (10-12 il) yaşamağa hazır olmaq (ən azından himayəsində olan uşaqlar müstəqil həyat proqramına keçənə qədər);
- Professional təlim prosesi və davamlı inkişaf yolu ilə lazımi bilik və bacarıqlar əldə etməyə hazır olmaq;
- Yüksək kommunikasiya bacarıqları;
- Stressin və konfliktin idarə edilməsi qabiliyyəti;
- Sosial və təşkilati bacarıqlar;
- Komandada işləmək istəyi və bacarığı;
- Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
- Ölkədəki təhsil və sosial iş/sistem haqqında məlumatlılıq;
- Peşəyönümlü əlavə bacarıqlar (müvafiq təlim və seminarlarda iştirak);
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Uşaq və yeniyetmənin potensial və ehtiyaclarını müəyyən edərək, tam inkişafını təmin etmək;
- Uşaq və yeniyetmənin fiziki və mənəvi rifahını təmin etmək;
- Uşaq və yeniyetmənin Fərdi İnkişaf Planlarının hazırlanması;
- Uşaq və yeniyetmənin təhsilinə dəstək;
- Uşaq və yeniyetmənin asudə vaxtının təşkili;
- Praktik həyati səriştələrin inkişaf etdirilməsi;
- Ailə büdcəsi və resurslarından səmərəli və məsuliyyətli istifadə etmək;
- Himayəsində olan uşaq və yeniyetmələrin bioloji ailələri ilə əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək.
Uşaq müdafiəsi:
- Uşaq Müdafiə Siyasətinə riayət etmək
- Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
- Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
- Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək
İŞ ŞƏRTLƏRİ:
- Ərazi – Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189
- 660.00 AZN (vergilər daxil) əmək haqqı;
- Həftədə 1 gün istirahət;
- 42 gün əmək məzuniyyəti;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu 20 dekabr 2025-ci il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Tərbiyəçi Ana” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
National program development director
“SOS Children’s Villages – Azerbaijan” Association was founded in 1999 according to the agreement signed between “SOS Children’s Village International” and Azerbaijan government. The main purpose of the organization is providing family like care to the children deprived from parental care as well as implementation of different activities aimed to provide children social welfare. Currently a number of social and educational projects successfully have being implemented within SOS Children’s Villages Baku and Ganja.
“SOS Children’s Villages – Azerbaijan” has been implementing Child Protection Policy based on UN Convention on Child Rights. We are now searching for a committed and strong personality eager to make a change for children by supporting our work in the position of a
NATIONAL PROGRAM DEVELOPMENT DIRECTOR
The National Programme Development Director (NPDD), under the leadership of the National Director, drives the area of Programme Development (PD) in the MA. She/he steers the development of the programmatic strategic directions in the national strategy and of programme activities in national annual plans. He/she ensures the development of national programme concepts (e.g. youth care) and guidelines, following SOS CV federation and national requirements. The NPDD with his/her team of national programme advisors content wise supports location managers and staff in the development and implementation of relevant, effective, and sustainable projects and services in line with federation and governmental strategies, policies, and standards. He/she, together with advisors, monitors programme/project results and compliance with federation and national quality requirements. He/she coordinates and supports location managers and staff in the implementation of results based management and leads the development and implementation of a systematic approach to quality assurance in the MA. The NPDD steers the development of the national advocacy strategy and plan and contributes to its implementation. The NPDD is responsible to establish and lead a team of competent national programme advisors. As a member of the Regional EUCM NPDD network, she/he shares good practices and experiences with colleagues from other MAs.
TASKS AND RESPONSIBILITIES:
- Steers strategic programme development in the national strategy development process, ensuring relevant and sustainable programmes in alignment with SOS CVI 2030 strategy and SOS Care Promise as well as national government strategies and policies
- Leads the development of national child rights situation analysis and other analysis/research to inform strategic programme development
- Monitors progress towards national strategic targets (KPIs, programme trends) and proposes mitigation measures to national management in case of non-achievement
- Contributes to national annual planning, including input to programme/project budgets
- Leads the development of national programme concepts (e.g. national youth development concept) and guidelines, following SOS CV federation and national requirements
- Steers the MA’s participation in global Strategic Federation Projects and ensures achievement of desired results
- Contributes to national risk management through identification of risks in PD and advising the implementation of mitigation measures
- Coordinates nationally and ensures support to progammes/projects in the implementation of the results based management approach, including PDB2; contributes to the overall implementation of Connect SOS, including ProDigi, new programme structure, partnership agreements etc.
- Leads the development of a systematic quality assurance approach and supports progammes/projects in setting up internal control
- Supports programmes/projects in the implementation of services to be evidence based and aligned with federation and national policies and quality requirements, in order to ensure legality, relevance, quality and sustainability of services
- Supports projects/programmes in planning new or changing existing services, i.e. in the development of needs assessments, project ideas, concept notes, service descriptions, results frameworks, M&E plans, activity plans and budgets; checks quality of programme ideas/concepts and proposes for approval by ND
- Organizes support to programmes/projects in monitoring and evaluation
- Monitors progress of programmes/projects towards planned results and compliance with federation and national policies and quality requirements, including through internal quality audits
- Contributes to the development of programmes/projects in new locations
- Ensures the development of national advocacy strategy and plans and contributes to the implementation
- Monitors child rights violations in relation to the MA’s target group and contributes to national child care reform and the development of the national child and social welfare sector
- Develops and maintains contacts, exchanges information and develops partnerships with key internal and external stakeholders in the child welfare sector
YOUR PROFILE:
- University degree education in social sciences
- Minimum 5 years’ experience in child and family development programmes
- Minimum 2 years’ management experience
- Motivation for work focused on children and families
- Leadership experience
- Good knowledge of written and spoken English
- Experience in programme management and planning
- Good knowledge of standards and current directions of development in the field of child’s rights approach, and social welfare systems
- Good knowledge of legal issues relating to social welfare
- Organisational skills – skills of planning and organising resources necessary for achievement of goals
- Leadership skills
- High level of communication skills
- Ability to prepare budget and financial management skills
- Additional education in the field complementary to the basic education (pedagogy/management)
- Experience and readiness to work in a team, ability to lead teamwork
CHILD SAFEGUARDING AND PREVENTION AND PROTECTION AGAINST SEXUAL HARASSMENT, EXPLOITATION AND ABUSE (PHSEA-ADULT SAFEGUARDING)
- Follows the Child protection policy, Code of Conduct, Prevention and protection against sexual harrassment, exploitation and abuse policy and reporting and responding procedures
- Responsible within own area of work to raise awareness of the SOS Child Protection Policy principles and to prevent and protect children from all forms of abuse, abandonment, exploitation, violence and discrimination
- Supports programmes/project in preventing and mitigating child safeguarding risks for children and in planning and providing rehabilitation support in child abuse incidents.
- Reports immediately any CS suspicion, concern, allegation or incident following nationally defined Child Safeguarding also PSHEA reporting procedures
WORKING CONDITIONS:
- Full time employment contract- V days; 09:00- 18:00
- Area – Baku city, Nizami str 137/1 (orientation Chinese Embassy)
- Registration of employees according to the labor legislation of the Republic of Azerbaijan.
- Gross salary – 2250.00 AZN
OUR OFFER:
Challenging assignment in an international NGO working environment where professional and human competence is in the foreground.
Interested? To apply please send your application (letter of motivation and CV) by April 30, 2026 at the latest to cv@sos-az.org with the subject line “NPDD”
Please note that only shortlisted candidates will be contacted.
Note: Job announcements of SOS Azerbaijan are only published in www.azerweb.az and www.jobsearch.az websites
Filial direktoru köməkçisi / İnsan Resursları Meneceri köməkçisi
SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Ailə tipli qayğı layihəsinə Filial direktoru köməkçisi / İnsan Resursları Meneceri köməkçisi vəzifəsinə iş elanı verir.
Filial direktoru köməkçisi / İnsan Resursları Meneceri köməkçisi ofis fəaliyyətinin və əməliyyatlarının səmərəliliyinin və Uşaq Kəndləri Proqramının (UKP), eləcə də təşkilatın siyasətlərinə uyğunluğunun koordinasiyasına cavabdehdir. Bu şəxs inzibati heyətə nəzarət edir və fəaliyyətin effektivliyini təmin etmək üçün iş bölgüsü aparır. Eyni zamanda İR Menecerinin köməkçisi funksiyasını yerinə yetirir və filial səviyyəsində sponsorluq proqramı üzrə işləri əlaqələndirir. Vəzifə ictimai yönümlü olduğuna görə namizəd mehriban, nəzakətli, peşəkar və operativ olmalıdır.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- UKP işçi heyətinin şəxsi fayllarının idarə edilməsi – işçi heyətinə aid sənədləri toplamaq, yeniləmək, sənədləşmə işini təşkil etmək;
- Yerli əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq HR inzibati işlərini aparmaq (əmrlər, əmək/xidmət müqavilələri, məzuniyyətlər, arayışlar, şəxsi işlər, əmək kitabçaları və s.);
- Uşaq Kəndi Proqramı çərçivəsində yeni işçilərin istiqamətləndirmə prosesinin təşkili və idarə olunmasında İnsan Resursları Menecerinə dəstək olmaq;
- Xarici telefon zənglərini etmək, daxil olan zəngləri qəbul etmək və vahid kommunikasiya şəbəkəsini idarə etmək;
- Gələn və gedən məktubların qeydiyyatını aparmaq;
- Yerli iclasların protokollarını hazırlamaq, katiblik funksiyasını yerinə yetirmək;
- UKP ilə bağlı təlim və seminarların texniki hazırlığına cavabdeh olmaq;
- Ofis ləvazimatlarının ehtiyatını izləmək və lazım olduqda sifariş vermək;
- Qonaqları (yerli və xarici) qarşılamaq, ehtiyac olduqda UKP haqqında ətraflı məlumat vermək;
- Qonaqların səfəri zamanı UKP qonaq evinin yaxşı vəziyyətdə saxlanılmasını və yerləşdirmə ehtiyaclarının təmin olunmasını təşkil etmək;
- Sponsorluq işi üzrə koordinator ilə sıx əməkdaşlıq etmək;
- Proqram səviyyəsində sponsorluq işini təşkil etmək, uşaq və kənd sponsorluq məktubları, qeydiyyat formaları, çıxış bildirişləri və s. üçün digər əməkdaşlardan məlumat toplamaq;
- Qış və yay sponsorluq kampaniyaları üçün proqram iştirakçısı olan uşaqların şəkillərini çəkmək.
PROFİLİNİZ:
- Ali təhsil; HR sahəsi ilə bağlı hər hansı sertifikat üstünlük hesab olunur;
- İnzibati iş sahəsində ən azı 2 il iş təcrübəsi; İnsan Resursları sahəsində təcrübə üstünlükdür;
- Ofis idarəetmə sistemləri və prosedurları üzrə bilik;
- Vaxtı idarəetmə bacarığı, eyni anda bir neçə işi icra etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
- Əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Əmək qanunvericiliyi üzrə yaxşı səviyyədə bilik;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək; rus dili arzuolunandır;
- Yüksək kompüter bilikləri (MS Office).
İŞ ŞƏRTLƏRİ:
- Ünvan – Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189
- 605.00 AZN (vergilər daxil) əmək haqqı;
- Tam ştatlı əmək müqaviləsi – həftədə 5 gün; 09:00 – 18:00
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
Uşaq müdafiəsi:
- Uşaq Müdafiə Siyasətinə riayət etmək
- Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
- Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
- Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 15 mart 2026-cı il tarixədək “Filial direktoru köməkçisi / İRM köməkçisi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
Komandamıza qoşulmaq üçün müraciət edin
Açıq vakansiyalardan birinə müraciət etmək və ya gələcək imkanlar üçün CV-nizi bizə göndərmək istəyirsinizsə, aşağıdakı formanı doldura bilərsiniz. SOS Uşaq Kəndləri Azərbaycan komandası müraciətinizi nəzərdən keçirərək uyğun olduğu halda sizinlə əlaqə saxlayacaq.








