Hər uşaq sevgi dolu ailə mühitində böyüməyə layiqdir
SOS Uşaq Kəndləri Azərbaycan valideyn himayəsindən məhrum olmuş və ya bu riski daşıyan uşaqlar üçün təhlükəsiz, qayğı dolu və ailə əsaslı mühit yaradır. Biz uşaqların təhsilinə, sağlam inkişafına, sosial bacarıqlarına və gələcək müstəqil həyata hazırlığına dəstək göstəririk.
Fəaliyyətimizin əsas məqsədi hər bir uşağın özünü qorunan, dəyərli və cəmiyyətin bir parçası kimi hiss etməsinə şərait yaratmaqdır.
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”
Heydər Əliyev
Ümummilli LiderQayğımızı fərqləndirən 4 əsas prinsip
Ana qayğısı
Hər uşağın həyatında onu dinləyən, qoruyan və gündəlik inkişafına dəstək olan qayğıkeş böyüyün olması vacibdir.
Bacı və qardaş bağları
Uşaqların bacı-qardaş münasibətlərini qoruyur, onların bir-birinə bağlı şəkildə böyüməsinə şərait yaradırıq.
Ev mühiti
Hər uşaq üçün təhlükəsiz, sabit və sevgi dolu ev mühiti yaradılır ki, özünü qorunan və dəyərli hiss etsin.
Uşaq kəndi icması
Uşaqlar dəstəkləyici icma daxilində sosial münasibətlər qurur və cəmiyyətin bir parçası kimi böyüyürlər.
Azərbaycanda
fəaliyyət
SOS UŞAQ
KƏNDİ
dəstək
istiqaməti
dəstək alan
uşaq və gənc


Hər uşaq üçün sevgi, qayğı və təhlükəsiz gələcək naminə
Uşaqlara sadəcə qayğı deyil, gələcəyə inam veririk
SOS Uşaq Kəndləri Azərbaycan uşaqların təhlükəsiz, sevgi dolu və dəstəkləyici mühitdə böyüməsi üçün çalışır. Biz valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə əsaslı qayğı göstərir, eyni zamanda risk altında olan ailələrin gücləndirilməsi ilə uşaqların ailələrindən ayrılmasının qarşısını almağa dəstək oluruq.
Rəhbərlik
İdarə heyəti
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının idarə heyəti təşkilatın missiyasına uyğun fəaliyyətinə strateji nəzarət və dəstək göstərir.
FƏXRİ PREZİDENT
Sevil xanım Əliyeva
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-nin fəxri prezidenti
İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ
Fiduma Hüseynova
Tahir Budaqov
Bədəl Bədəlov
Fəxriyyə Xələfova
Uğur Zeynallı
Məlahət Hacıyeva
Zdenko Sedlar
Damir Coric
Komandamızla tanış olun
Tommy Terry
Sigurni Viver
Sabra Kalifa
Nicolas Sparks
Lulu Kroifer
Larra Kroifer
Kristen Stude
Josh Broiler
Elisabeth Lolson
Bahati Imani


















