Contacts

92 Bowery St., NY 10013

+1 800 123 456 789

QANUNVERİCİLİK

İanə və QHT fəaliyyəti üzrə faydalı keçidlər

Bu bölmədə ianə, qeyri-nağd halında dəstək və QHT fəaliyyəti ilə bağlı hüquqi məlumatlar, faydalı keçidlər və yüklənə bilən sənədlər yerləşdirilib.

QHT haqqında

QHT-lər, ictimai birliklər və fondlar haqqında qanunvericiliklə tanış olun.

Qeyri-nağd ianə

Qeyri-nağd ianələrin edilməsi və rəsmiləşdirilməsi ilə bağlı məlumat kitabçasını yükləyin.

İanə haqqında

İanənin hüquqi əsasları və donor dəstəyi ilə bağlı faydalı məlumatlara keçid edin.

Hüquqi sualınız var?

    TEZ-TEZ VERİLƏN SUALLAR

    İanə və hüquqi proseslərlə bağlı suallar

    İanə, qeyri-nağd dəstək və QHT fəaliyyəti ilə bağlı ən çox verilən suallara bu bölmədə cavab tapa bilərsiniz.

    Qeyri-nağd ianə nədir?

    Qeyri-nağd ianə bank köçürməsi və ya digər rəsmi ödəniş vasitələri ilə edilən ianə formasıdır. Bu üsul ianənin daha şəffaf və sənədləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan yaradır.

    İanə etmək üçün müqavilə lazımdırmı?

    Bəli. Sayt üzərindən edilən ianələr zamanı ianə müqaviləsi sistem tərəfindən avtomatik formalaşdırılır və donor tərəfindən elektron qaydada təsdiqlənir. Müqavilənin imzalanmış nüsxəsi donorun qeyd etdiyi e-poçt ünvanına göndərilir.

    İanə məbləğini özüm seçə bilərəm?

    Bəli. Sayt üzərindən ianə edərkən dəstək olmaq istədiyiniz məbləği özünüz müəyyən edə bilərsiniz. Kiçik və ya böyük olmasından asılı olmayaraq, hər bir ianə uşaqların həyatında real dəstəyə çevrilir.

    İanənin hansı istiqamətə yönələcəyini seçmək mümkündürmü?

    Bəli. İanə zamanı dəstəyinizin hansı istiqamətə yönələcəyini seçə bilərsiniz. İanələr təhsil, sosial-psixoloji dəstək, ərzaq və gündəlik ehtiyaclar, geyim və mövsümi ehtiyaclar kimi sahələr üzrə yönləndirilə bilər.

    Korporativ tərəfdaşlar necə dəstək ola bilər?

    Şirkətlər maliyyə ianəsi, qeyri-nağd dəstək, məhsul və xidmət ianəsi, əməkdaşların könüllü iştirakı və uzunmüddətli sosial məsuliyyət layihələri vasitəsilə SOS Uşaq Kəndləri Azərbaycanın fəaliyyətinə dəstək ola bilərlər.

    İanə sertifikatı təqdim olunurmu?

    Bəli. Müəyyən ianə və tərəfdaşlıq formatlarında donor və tərəfdaşlara ianə sertifikatı təqdim oluna bilər. Korporativ tərəfdaşlıq paketlərində sertifikat və digər tanıtım imkanları ayrıca qeyd olunur.

    İanə etdiyimiz uşaqları görə və SOS Uşaq Kəndlərini ziyarət edə bilərikmi?

    Bəli. Donor və tərəfdaşlar müəyyən edilmiş ziyarət qaydaları əsasında SOS Uşaq Kəndlərini ziyarət edə bilərlər. Bu proses uşaqların hüquqlarının, təhlükəsizliyinin və şəxsi məlumatlarının qorunması prinsiplərinə uyğun həyata keçirilir. Ziyarət öncəsi donorlar müvafiq qaydalarla tanış edilir.

    İanə ilə bağlı hüquqi məlumatları haradan oxuya bilərəm?

    Bu səhifədə “QHT haqqında” və “İanə haqqında” bölmələrinə keçid edərək QHT fəaliyyəti, ianənin hüquqi əsasları və donor dəstəyi ilə bağlı faydalı məlumatlarla tanış ola bilərsiniz.