Contacts

92 Bowery St., NY 10013

+1 800 123 456 789

İCTİMAİ FONDLARLA MALİYYƏLƏŞƏN LAYİHƏLƏR

Tərəfdaşlıqla daha çox ailəyə dəstək

SOS Uşaq Kəndləri Azərbaycan ictimai fondlar və tərəfdaş qurumlarla birgə uşaqların, ailələrin və icmaların ehtiyaclarına cavab verən sosial dəstək layihələri həyata keçirir. Bu layihələr psixo-sosial dəstək, təhsil, qayğı, ailələrin gücləndirilməsi və fövqəladə hallarda yardım istiqamətlərini əhatə edir.

350

İllər üzrə həyata keçirilən təşəbbüslər

600
+

Dəstək alan ailələr və icmalar

10
,5k

Dəstək olan ictimai fondlar və donor qurumlar

7850

Təhsil, səhiyyə və digər sosial istiqamətlər

Gəncə şəhərində erməni terrorundan zərər çəkmiş ailələrə Təxirəsalinmaz Tədbirlər üzrə Yardım (Gəncə TTY) Layihəsi 

SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası 2020-ci ilin noyabr ayından başlayaraq Vətən Müharibəsi ərzində Gəncə şəhərində erməni terrorundan zərər çəkmiş mülki vətəndaşlara dəstək məqsədilə Gəncə Təxirəsalinmaz Tədbirlər üzrə Yardım (Gəncə TTY) Layihəsini icra edir. Layihə çərçivəsində hər ay 100 ailəyə psixo-sosial xidmətlər, eləcə də ərzaq və qeyri-ərzaq paketləri paylanır. Layihənin 2021-ci ilin iyul ayının sonuna qədər davam etməsi planlaşdırılır. 

Sosial işi öyrənənlər üçün standart sosial iş tədris modulu üzrə kurrikulumların hazırlanması

2020-ci ilin may-dekabr ayları ərzində SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası UNICEF ilə əməkdaşlıq çərçivəsində sosial işi öyrənənlər üçün onlayn və üz-üzə təlim paketləri də daxil olmaqla standart sosial iş tədris modulu üzrə kurrikulumların inkişafı məqsədilə əməkdaşlıq layihəsi həyata keçirmişdir. Bu tapşırığın məqsədi sosial iş praktikantlarının və digər sosial xidmət işçilərinin davamlı və institusional potensial inkişafını təmin etmək üçün 6 modulu əhatə edən standart sosial iş proqramı və təlim paketi üçün tədris proqramı hazırlamaq olmuşdur.

 

Azərbaycanda uşaqların uşaq evlərinə yenidən inteqrasiya edilməsinin qarşısının alınması ilə bağlı yanaşmaların optimallaşdırılması

5 illik (2020-2024) layihə sosial tədqiqat layihəsidir və Çikaqo Universiteti tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi uşaq evləri və dövlət məktəblərinin uşaqlarının reinteqrasiya prosesini dəstəkləmək üçün Azərbaycanda üç tədqiqat komponenti həyata keçirməkdir. Azərbaycanda bioloji və ya geniş ailələrinə qovuşan uşaq evlərindən 7-12 yaşlı uşaqlar arasında zehni sağlamlıq problemlərinin qarşısını almaq üçün təklif olunan tədqiqat üç istiqamətdə fakta əsaslanan müdaxilə yanaşmasını incələyəcək və sınaqdan keçirəcəkdir.

Aztəminatlı Ailələrin Bacarıqlarının Artırılmasına Dəstək layihəsi (ABAD)

2018-ci ilin may-avqust ayları ərzində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq çərçivəsində ABAD – Aztəminatlı Ailələrin Bacarıqlarının Artırılmasına Dəstək layihəsini icra etmişdir. ABAD layihəsinin başlıca məqsədi cəmiyyətin həssas qruplarından olan aztəminatlı ailələrin 13 qadın üzvünün psixo-sosial və peşə bacarıqlarının artırılmasına dəstək göstərmək olmuşdur. Layihə çərçivəsində 6 nəfər benefisiar qadın ilkin bizneslərini uğurla qurmaq üçün müvafiq mal-material və avadanlıqlarla təmin olunmuşdur.

Cəmiyyətin uşaq hüquqlarının qorunmasında rolunun artırılmasının təşviqi layihəsi

2018-ci ilin may-iyul ayları ərzində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq çərçivəsində Cəmiyyətin uşaq hüquqlarının qorunmasında rolunun artırılmasının təşviqi layihəsini icra etmişdir. Layihə uşaq hüquqlarının qorunması, sağlam və intellektual gənc nəslin böyüməsi məqsədilə ailədə yaşamaq, uşaqların təhsil və adekvat yaşayış şərtləri hüququnun, onlara sevgi və qayğı göstərilməsinin vacibliyini əks etdirən qısa metrajlı sosial video çarxın hazırlanmasını və ictimaiyyətə nümayiş olunaraq günümüzün ən vacib məsələlərindən birinə diqqəti artırmağı nəzərdə tutmuşdur. 

 

Yevlax rayonunun 3 icmasında davamlı su, sanitariya və gigiyena vərdiş və təcrübələrinin tətbiqi ilə aztəminatlı icmaların inkişafı

SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası Coca-Cola Fondunun dəstəyi ilə 2018-2019-cu illər ərzində Yevlax rayonunun 3 icmasında davamlı su, sanitariya və gigiyena vərdiş və təcrübələrinin tətbiqi yolu ilə aztəminatlı icmaların inkişafı üzrə əməkdaşlıq layihəsini həyata keçirmişdir. Layihə nəticəsində 3 hədəf (Hacımahmudlu, Qaramanlı, Nəmərli) kəndin əhalisi 3 artezian quyusunun yenilənməsi və 28 bulağın quraşdırılması yolu ilə içməli su ehtiyatlarına çıxış imkanlarını yaxşılaşdırmışdır. Su, sanitariya və gigiyena ilə əlaqəli məlumat sessiyalarının çatdırılması, 3 məktəbdə oğlan və qız uşaqları üçün sanitar qovşaqların təmiri və həssas 200 ailəyə hər ay lazımi gigiyena dəstlərinin verilməsi onların müvafiq bacarıqlarını əhəmiyyətli dərəcədə artırmışdır.

 

Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı layihəsi

2018-ci ildə SOS UK-Azərbaycan Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı layihəsini (SEEDS) icra etməyə başlamışdır. 3 illik (2018-2020) layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmişdir. SEEDS layihəsi özünün ümdə məqsədi kimi Azərbaycanın (Abşeron yarımadasında yerləşməyən) Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək olmağı hədəf götürmüşdür. Layihə xüsusi məqsədi kimi aşağıdakı fəaliyyət istiqamətləri vasitəsilə 400 aztəminatlı kənd ailəsinin (2000 şəxsə), başqa sözlə 400 həssas qrupa daxil olan valideynin bazaryönümlü gəlirin və məşğulluğun artmasına yönələn təşəbbüslərinin dəstəklənməsi yolu ilə onların kənd təsərrüfatı və kənd turizmi fəaliyyətlərinin inkişaf etdirilməsini, şaxələnməsini və nəticədə sosial-iqtisadi rifah hallarının davamlı olaraq yaxşılaşmasını nəzərdə tutub.

Nəticə 1: Daşkəsən, Goranboy və Samux rayonlarında təqribən 400 aztəminatlı kənd ailəsi (başqa sözlə 400 həssas qrupa daxil olan valideyn) qabaqcıl və davamlı kənd təsərrüfatı və kənd turizmi təcrübələrini tətbiq etməklə öz gəlir mənbələri və rifah hallarını artırmış və şaxələndirmişdir.

Nəticə 2: 30 hədəf icmada olan təqribi 1000 qadın öz peşə bacarıqlarını və sosial rifahını yaxşılaşdırmış və gəlirgətirici fəaliyyətlərlə məşğuldur.

Nəticə 3: Layihənin tərəfdaşı olan kiçik və orta miqyaslı sahibkarların biznes inkişaf potensialı və dəyər zənciri üzrə olan müvafiq iştirakçılarla əməkdaşlığı təkmilləşmişdir.

Nəticə 4: Təqribi 40 siyasi qərarverici 3-4 müvafiq qanunverici sənəd hazırlamaqla aztəminatlı kənd ailələrinin vəziyyəti və problemlərinə olan diqqətlərini artırırlar. 

Yevlax Günərzi Qayğı Mərkəzi layihəsi

2013-2019-cu illər ərzində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Yevlax Günərzi Qayğı Mərkəzi layihəsini icra etmişdir. Layihə çərçivəsində hər il 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa günərzi sosial xidmətləri göstərilmişdir. Layihənin əsas məqsədi uşaqlara gündəlik qayğı və inkişaf xidmətlərinin göstərilməsi və onların cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

 

Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərə psixososial dəstək layihəsi

2017-ci ilin avqust-oktyabr ayları ərzində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq çərçivəsində Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərə psixososial dəstək layihəsini icra etmişdir. Layihənin əsas məqsədi təşkilatımızda tərbiyə alan 60-a yaxın yeniyetmə və gəncə əlavə psixososial dəstək xidməti göstərməklə onlara şəxsiyyətlərarası ünsiyyətin qurulması, özünəgüvən, qərarvermə və qərarlara görə məsuliyyət daşıma kimi bacarıqları aşılamaq, onların emosional stabilliyinə nail olmaq və müəssisəni tərk etdikdən sonra müstəqil olaraq yaşayıb-yaratmağı bacaran bir şəxsiyyət kimi yetişməsinə töhfə vermək olmuşdur.

subscribe

Listen, Act, Learn. Subscribe to Our Updates.

Mattis enim ut tellus elementum sagittis. In egestas erat imperdiet sed euismod nisi porta. Ullamcorper malesuada proin libero nunc consequat interdum varius sit amet.