Hər uşaq sevgi dolu ailə mühitində böyüməyə layiqdir
SOS Uşaq Kəndləri Azərbaycan valideyn himayəsindən məhrum olmuş və ya bu riski daşıyan uşaqlar üçün təhlükəsiz, qayğı dolu və ailə əsaslı mühit yaradır. Biz uşaqların təhsilinə, sağlam inkişafına, sosial bacarıqlarına və gələcək müstəqil həyata hazırlığına dəstək göstəririk.
Fəaliyyətimizin əsas məqsədi hər bir uşağın özünü qorunan, dəyərli və cəmiyyətin bir parçası kimi hiss etməsinə şərait yaratmaqdır.
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”
Heydər Əliyev
Ümummilli LiderQayğımızı fərqləndirən 4 əsas prinsip

Ana qayğısı
Hər uşağın həyatında onu dinləyən, qoruyan və gündəlik inkişafına dəstək olan qayğıkeş böyüyün olması vacibdir.

Bacı və qardaş bağları
Uşaqların bacı-qardaş münasibətlərini qoruyur, onların bir-birinə bağlı şəkildə böyüməsinə şərait yaradırıq.

Ev mühiti
Hər uşaq üçün təhlükəsiz, sabit və sevgi dolu ev mühiti yaradılır ki, özünü qorunan və dəyərli hiss etsin.

Uşaq kəndi icması
Uşaqlar dəstəkləyici icma daxilində sosial münasibətlər qurur və cəmiyyətin bir parçası kimi böyüyürlər.
Years of
Foundation
monthly
donors
incredible
volunteers
successful
campains



Hər uşaq üçün sevgi, qayğı və təhlükəsiz gələcək naminə
Uşaqlara sadəcə qayğı deyil, gələcəyə inam veririk
SOS Uşaq Kəndləri Azərbaycan uşaqların təhlükəsiz, sevgi dolu və dəstəkləyici mühitdə böyüməsi üçün çalışır. Biz valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə əsaslı qayğı göstərir, eyni zamanda risk altında olan ailələrin gücləndirilməsi ilə uşaqların ailələrindən ayrılmasının qarşısını almağa dəstək oluruq.
SOS Uşaq Kəndlərinə uşaq qəbulu
Ana şəfqətinə və mehriban ailə qayğısına ehtiyacı olan hər bir uşağın SOS Ailəsində yeri var. Ananın himayəsində bacı və qardaşları ilə böyüyən uşaqlar Evi tərk etdikdən sonra da ailəni unutmur, aralarında yaranmış emosional bağları qoruyub saxlayırlar. Bir Ailənin formalaşması üçün onun təməlinin sağlam olması vacibdir.
- Valideynlərini itirmiş uşaqlar.
- Valideynləri vəfat etmiş 8 yaşına qədər uşaqlar.
- Valideyn qayğısından məhrum olan uşaqlar.
- Valideynləri bilinməyən uşaqlar.
- Hər iki valideyni valideyinlik hüququdan məhrum olan uşaqlar.
- Hər iki valideyni itmiş və yaxud ölmüş kimi elan olunan uşaqlar.
- Valideyinləri əlil olan uşaqlar.
- Valideyinləri xəstə olan uşaqlar.
- Valideynləri övladlarına tərbiyə vermək hüququndan və bu hüquqları qorumaqdan imtina etmiş uşaqlar.
Valideynlərindən biri vəfat etmiş, həbs olunmuş və ya itmiş, digər valideyni isə ruhi xəstə, I və ya II qrup əlil olan uşaqlar isə Rayon İcra Hakimiyyətinin rəsmi məktubu əsasında qəbul edilir.
SOS Uşaq Kəndləri İdarə heyətinin üzvləri
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-nin fəxri prezidenti Sevil xanım Əliyevadır.
- Fidumə Hüseynova – İdarə heyətinin sədri
- Tahir Budaqov – İdarə heyətinin üzvü
- Bədəl Bədəlov – İdarə heyətinin üzvü
- Fəxriyyə Xələfova – İdarə heyətinin üzvü
- Məlahət Hacıyeva – İdarə heyətinin üzvü
- Uğur Zeynallı – İdarə heyətinin üzvü
- Zdenko Sedlar – İdarə heyətinin üzvü / SOS BO nümayəndəsi
- Damir Coric – İdarə heyətinin üzvü / SOS BO nümayəndəsi
Meet Our Volunteer Team
Andrew Larson

Amare Daliah

Lulu Kroifer

Bahati Imani

Sabra Kalifa

Josh Broiler















