Contacts

92 Bowery St., NY 10013

+1 800 123 456 789

Korporativ sosial məsuliyyət

Bizim güclü milli və beynəlxalq brendə sahib olan korporativ partnyorlarımız öz Korporativ Sosial Məsuliyyət (KSM) siyasətləri çərçivəsində qayğıya ehtiyacı olan uşaqlara və gənclərə yardım etməklə yerli icmaların inkişafına dəstək olurlar.
 
Siz də ehtiyacı olan uşaq və gənclərin inkişafına dəstək olmaq üçün öz şirkətinizin bilik və bacarıqlarını, resurslarını və işçi heyətini səfərbər etmək və bizim beynəlxalq ailənin üzvü olmaq istəyirsinizmi? Bizimlə əməkdaşlıq imkanları genişdir və bu əməkdaşlıq beynəlxalq təcrübədən irəli gələn fəaliyyətlərə söykənir. Aşağıda bir sıra KSM layihələri nümunələri ilə tanış ola bilərsiniz:
 
JW Marriott Abşeron Otel- Beynəlxalq səviyyədə imzalanmış və hər il icra olunanYou Eat We Give kampaniyası- Zest restoranında hər ödənilən məbləğdən müəyyən vəsait SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasına inaə olunur.
 
Bakcell Şirkəti- Artıq 7 ildir ki, Bakcell şirkəti bizim uşaqlara İKT sahəsində dəstək verməkdədir. Müxtəlif istiqamətli kurslar təşkil olunmuş, Bakı və Gəncə kəndinin internetə çıxışı üçün layihəyə dəstək verilmişdir. Hazırda Bakcell Şirkətinin maliyyə dəstəyi ilə Gənclərin Məşğulluğu layihəsi icra olunmaqdadır.

TƏRƏFDAŞLARIMIZ

Tərəfdaşlarımızın dəstəyi uşaqların təhsil, inkişaf, sosial bacarıqlar və gündəlik ehtiyaclarının qarşılanmasına real töhfə verir. Aşağıdakı bölmələrdə əməkdaşlıq etdiyimiz şirkətlər və birgə həyata keçirilən layihələr haqqında ətraflı məlumatla tanış ola bilərsiniz.

2019-cu ildən əməkdaşlığa başladığımız Paşa Holding SOS Uşaq Kəndləri Azərbaycan himayəsindəki uşaqların məktəbli forması və məktəb ləvazimatları ilə təmin edir. Bundan əlavə olaraq Paşa Holding icmalara dəstək məqsədilə 2020-ci ildə SOS Uşaq Kəndi Gəncə fillialında 4 otaqlı kitabxananın əsaslı təmiri və kitabların alınmasına dəstək olmuşdur. 2021-ci ildə isə Ağdam rayonu Çəmənli kəndində uşaq oyun meydançası qurulmasına dəstək olmuşdur.

SOS Uşaq Kəndləri Azərbaycanın ilk korporativ tərəfdaşı olan Bakcell uzun illər ərzində müxtəlif yönümlü dəstək göstərmişdir. 2019-cu uildə “Öz biznesini başla və təkmilləşdir” layihəsi ilə ilin ən uğurlu Korporativ Sosial Məsuliyyət layihələrindən biri elan edilmişdir. 2020-ci ildə SOS Uşaq Kəndləri Azərbaycan himayəsindəki gənclərin kəsintisiz təhsilinə dəstək məqsədilə 16 ədəd kompyuter ianə edilmişdir.

2018-ci ildə başlayan əməkdaşlıq uğurlu bəhrələr verməkdədir. İlk əməkdaşlıq dönəmindən Korporativ Sosial Məsuliyyət siyasətinə uyğun olaraq ianələr himayəmizdəki uşaqların təhsilinə və gündəlik xərclərinin qarşılanmasına xərclənmişdir. 2020-ci ildə müharibə zamanı Gəncə və Bakl şəhərlərində Right to Play metodologiyası ilə uşaqların travmalarının azaldılması məqsədilə fəaliyyətlər həyata keçirilmişdir. Bundan əlavə olaraq nağıl terapiyası keçirilmişdir və terapiyanın nəticəsində Bir Kəndin Nağılları adlı kitab dərc edilmişdir.

SOS Uşaq Kəndlərinin beynəlxalq tərəfdaşı olan KFC ilə 2018-ci ildən əməkdaşlıq edilir. Hazırda KFC Azərbaycanda olab bütün şöbələrində ianə qutuları mövcuddur. İanələr əsasən uşaqların təhsil və məktəbdənkənar fəaliyyətlərin təşkili üçün xərclənir. KFC ilə eyni zamanda himayəmizdəki gənclərin işlə təmin edilməsi yönündə də əməkdaşlıq edilir.

Novco Group ilə əməkdaşlığımız 2017-ci ildən uğurla davam edir. Şirkətin mağazalarında ianə qutularımız yerləşdirilmişdir və ianələr əsasən uşaqların məktəbdənkənar fəaliyyətləri üçün istifadə edilir.

Beynəlxalq otel zinciri ilə SOS Uşaq Kəndləri bir çox ölkədə olduğu kimi Azərbaycanda da bigə KSM fəaliyyətləri keçirir. Beləki Hər il Oktyabr ayında müştərilərin də cəlb edilməsi ilə ianə kampaniyası keçirilir. Kampaniya nəticəsində yığılan ianələr uşaqların məktəbdənkənar fəaliyyətlərini təşkil etmək məqsədilə istifadə edilir.

Azercell bizim YouthCan! layihəmizin əsas sponsorlarından biridir

2019-cu ildən başlayan Ödəməni Yuvarla kampaniyası ilə müştərilərin cəlb edilməsi yolu ilə fəaliyyətlər həyata keçirilir.

Əməkdaşlıq əsasən kafelərdə ianə qutularının yerləşdirilməsi yolu ilə həyata keçirilir. Əsasən uşaqların asudə vaxtının təşkil edilməsi üçün istifadə edilir.

Blue Planet ilə əməkdaşlıq əsasən mağazalarda ianə qutularının yerləşdirilməsi yolu ilə həyata keçirilir. Əsasən uşaqların asudə vaxtının təşkil edilməsi üçün istifadə edilir.

Neptun ilə əməkdaşlıq əsasən mağazalarda ianə qutularının yerləşdirilməsi yolu ilə həyata keçirilir. Əsasən uşaqların asudə vaxtının təşkil edilməsi üçün istifadə edilir.

Tərəfdaş olmaq istəyirsiniz?

    TEZ-TEZ VERİLƏN SUALLAR

    Tərəfdaşlıqla bağlı suallar

    Korporativ tərəfdaşlıq, ianə formatları və birgə layihələrlə bağlı əsas suallara burada cavab tapa bilərsiniz.

     

    Şirkətlər SOS Uşaq Kəndlərinə necə dəstək ola bilər?

    Şirkətlər maliyyə ianəsi, məhsul və xidmət dəstəyi, ianə qutularının yerləşdirilməsi, əməkdaşların könüllü iştirakı və birgə sosial məsuliyyət layihələri vasitəsilə dəstək göstərə bilərlər.

    Korporativ tərəfdaşlıq hansı istiqamətləri əhatə edir?

    Tərəfdaşlıq uşaqların təhsil, gündəlik ehtiyaclar, sosial-psixoloji dəstək, asudə vaxt və gənclərin inkişafı kimi müxtəlif istiqamətlərini əhatə edə bilər.

    Tərəfdaşlara hesabat təqdim olunurmu?

    Bəli. Tərəfdaşlıq çərçivəsində görülən işlər və dəstəyin yönəldiyi istiqamətlər barədə müvafiq məlumatlandırma və hesabatlılıq təmin olunur.

    Şirkət əməkdaşları könüllü fəaliyyətlərdə iştirak edə bilərmi?

    Bəli. Şirkət əməkdaşları uşaqlar və gənclər üçün maarifləndirici, inkişafyönümlü və sosial fəaliyyətlərdə könüllü olaraq iştirak edə bilərlər.

    İanə qutularının yerləşdirilməsi mümkündürmü?

    Bəli. Uyğun mağaza, restoran və xidmət məkanlarında ianə qutularının yerləşdirilməsi tərəfdaşlıq formatlarından biri kimi həyata keçirilə bilər.

    Tərəfdaşlıq üçün minimum dəstək məbləği varmı?

    Tərəfdaşlıq formatı şirkətin imkanlarına və seçilən dəstək istiqamətinə uyğun müəyyən edilə bilər. Maliyyə ianəsi ilə yanaşı, məhsul, xidmət, ekspertiza və könüllü iştirak da dəyərli dəstək formalarıdır.

    Birgə sosial məsuliyyət layihəsi hazırlamaq mümkündürmü?

    Bəli. Şirkətin CSR prioritetlərinə uyğun olaraq uşaqların təhsilinə, inkişafına, sosial rifahına və gələcək imkanlarına yönələn birgə layihələr hazırlana bilər.

    Tərəfdaş şirkətin adı və loqosu saytda göstərilə bilərmi?

    Bəli. Razılaşdırılmış tərəfdaşlıq formatından asılı olaraq şirkətin adı və loqosu SOS Uşaq Kəndləri Azərbaycanın kommunikasiya kanallarında və tərəfdaşlar bölməsində təqdim oluna bilər.