Contacts

92 Bowery St., NY 10013

+1 800 123 456 789

Şəffaflıq və hesabatlılıq

Fəaliyyətimizdə şəffaflıq, hesabatlılıq və donor etimadı əsas prinsiplərimizdəndir.

İllik hesabatlar

Siyasətlər, qaydalar və təlimatlar

Hesabatlarla bağlı sualınız var?

    TEZ-TEZ VERİLƏN SUALLAR

    Hesabatlılıqla bağlı əsas suallar

    İllik hesabatlar, təlimatlar və təşkilati sənədlərlə bağlı ən çox verilən suallara burada cavab tapa bilərsiniz.

    İllik hesabatlarda hansı məlumatlar yer alır?

    İllik hesabatlarda təşkilatın il ərzində həyata keçirdiyi proqramlar, layihələr, fəaliyyət istiqamətləri və əldə olunan nəticələr barədə məlumatlar təqdim olunur.

    Hesabatları necə yükləyə bilərəm?

    “İllik hesabatlar” bölməsində müvafiq ili seçərək həmin ilin hesabat sənədinə keçid edə və sənədlə tanış ola bilərsiniz.

    Hesabatlarla bağlı əlavə sualım olarsa, kimə müraciət edə bilərəm?

    Hesabatlar, təlimatlar və təşkilati sənədlərlə bağlı əlavə suallarınız üçün “Əlaqə” bölməsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

    Donorlar göstərdikləri dəstəyin nəticəsini görə bilirlərmi?

    Bəli. Donor və tərəfdaşlar görülən işlər, layihələr və dəstəyin yönəldiyi istiqamətlər barədə müvafiq məlumatlarla tanış ola bilərlər. Korporativ tərəfdaşlıqlarda hesabatlılıq və məlumatlandırma ayrıca razılaşdırılır.

    Hesabatlarda maliyyə məlumatları da yer alırmı?

    İllik hesabatlar təşkilatın fəaliyyəti və hesabatlılığı barədə ümumi məlumat təqdim edir. Maliyyə və layihə məlumatlarının paylaşılması müvafiq hesabat formatına və təşkilatın daxili prosedurlarına uyğun həyata keçirilir.

    Davranış qaydası kimlərə aiddir?

    Davranış qaydası təşkilatın əməkdaşları, tərəfdaşları, könüllüləri və uşaqlarla işləyən şəxslər üçün əsas etik və peşəkar davranış çərçivəsini müəyyən edir.

    Cinsi istismar və müdafiə siyasəti nəyi əhatə edir?

    Bu siyasət uşaqların və həssas qrupların təhlükəsizliyinin qorunması, istismar və sui-istifadə hallarının qarşısının alınması üçün əsas prinsipləri müəyyən edir. Sənəd təşkilatın müdafiə yanaşmasını, davranış gözləntilərini və təhlükəsiz mühitin təmin olunması ilə bağlı öhdəlikləri əhatə edir.

    Hesabatlar və sənədlər kimlər üçün nəzərdə tutulub?

    Bu sənədlər donorlar, tərəfdaşlar, könüllülər, əməkdaşlar və SOS Uşaq Kəndləri Azərbaycanın fəaliyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Məqsəd təşkilatın fəaliyyət prinsipləri, hesabatlılıq yanaşması və uşaqların müdafiəsi ilə bağlı məlumatları açıq və əlçatan formada təqdim etməkdir.