Contacts

92 Bowery St., NY 10013

+1 800 123 456 789

Hər bir uşağın və gəncin marağı bizim işimizin mərkəzindədir. Nəticə etibarilə, hər bir layihənin əsasını hər zaman hədəf qrupumuzun vəziyyəti təşkil edir: həssas vəziyyətdə yaşayan valideyn himayəsindən məhrum olan və ya itirmək riski altında olan uşaq və gənclər. SOS Uşaq Kəndləri Azərbaycan, uşaqları keyfiyyətli qayğı ilə əhatə etmək üçün müxtəlif növ alternativ qayğı proqramları təqdim edir.

Bioloji ailəsinə qayıtmaq uşağın xeyrinədirsə, bu prosesi fəal şəkildə dəstəkləyir və diqqətlə müşayiət edirik. Başqa heç bir təşkilatın bizim qədər alternativ qayğı göstərməkdə geniş təcrübəsi yoxdur və bu təcrübə bizim ailələrə dəstək və ictamai vəkillik fəaliyyətimizdən xəbər verir. Bütün işlərimizdə, BMT -nin Uşaqlara Alternativ Qayğı Təlimatlarını rəhbər tutur və BMT -nin Uşaq Hüquqları Konvensiyası çərçivəsində hərəkət edirik.

SOS UK Beynəlxalq Humanitar təşkilatının üzvü olan “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi rəsmi olaraq 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyə Nazirliyində İctimai Birlik kimi qeydiyyatdan keçmişdir. İctimai Birliyin yaranması və fəaliyyəti mərhum prezident, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. 2000-ci ilin noyabr ayında Assosiasiyanın ilk layihəsi olan Bakı SOS Uşaq Kəndinin açılışında ölkə rəhbəri Heydər Əliyev Bakı SOS Uşaq Kəndinə səfər edərək, burda yaşayan ana və uşaqlara öz xeyir-duasını vermişdir.

Assosiasiya valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. SOS Azərbaycanın bütün layihələri BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğundur və uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirməkdədir.

SOS Uşaq Kəndi Proqramı özündə müxtəlif xidmət və layihələri birləşdirməklə valideyn himayəsindən məhrum olmuş və bu risk altında olan uşaq və ailələri əsas hədəf qrupu kimi seçir.

Kiçik Qrup Evi alternativ qayğı modeli olaraq ilk dəfə 2013-cü ildə Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması məqsədi Deinstiturlaşma və Alternativ Qayğı Dövlət Proqramı çərçivəsində tətbiq edilmişdir. Dövlət uşaq evləri ilə müqayisədə, qrup evlərində uşaqların öz yataq otaqları, şəxsi əşyaları və yazı masaları var. Sosial pedaqoqlar növbəli iş rejimində 3-12 yaş arası uşaqlara qayğı göstərirlər.

QMQ layihəsinin əsas məqsədi böhran vəziyyətində olan uşaqları qayğı və müvəqqəti yaşayış yeri ilə təmin etmək, ehtiyacı olan uşaqlar üçün təhlükəsiz, tərbiyəvi bir mühit yaratmaq və uşaq hüquqlarının müdafiəsini təmin etməkdir. Uşağın maraqları üstün tutularaq inun ya ailəyə qayıtması və ya digər alternativ qayğıya qayıtması üçün instensiv iş aparılır. Qısamüddətli Qayğı layihəsi çərçivəsində ailəsi daxilində müvəqqəti yaşaya bilməyən və alternativ yerləşdirmə tələb edən 3 aydan 14 yaşa qədər 6 aydan 12 aya qədər olan uşaqlara keyfiyyətli xidmət göstərilir. Bu xidmət uşaqlara ailələr maddi, mənəvi, psixoloji və ya sağlamlıq səbəbləri və digər gözlənilməz hallar və ya ailə münasibətlərinin pisləşməsi səbəbindən lazımi qayğı göstərə bilmədikdə baş verir. Bu qeyri-sabit və əlverişsiz şərtlər, qayğı göstərənin ailəni idarə etmək qabiliyyətini azaldır və uşağın təhlükəsizliyi və rifahı üçün təhlükə yaranır. Böhran vəziyyətində olan ailələr, ailənin fəaliyyətini davam etdirmək və ya bərpa etmək üçün dərhal dəstəyə ehtiyac duyurlar.

Biz fəaliyyətimiz boyu gənclərlə işbirliyi şəraitində işləməyi düzgün hesab edirik. SOS Uşaq Kəndləri Azərbaycan tərəfdaşları ilə birlikdə valideyn himayəsi olmayan və itirmə riski olan gənclərə güclü dəstək verir. İnanırıq ki, qayğıkeş yetkinlərlə güclü münasibətlər bu gənclərin həyatını dəyişdirə bilər. Gənclər üçün keyfiyyətli inkişaf xidmətləri təklif edərək, onların geridə qalmadıqlarından və özlərinə inamı artırmaq üçün dəstəkləndiklərindən və nəticədə ailələrinin, icmalarının və cəmiyyətlərinin inkişafına töhfə verəcəklərindən əmin oluruq.

PROQRAMIN MƏQSƏDİ

Ailə mühiti və gələcəyə dəstək

Proqram uşaqların təhlükəsiz və qayğı dolu mühitdə böyüməsinə, ailə daxilində davamlı münasibətlər qurmasına və gələcək həyat üçün zəruri bacarıqlar əldə etməsinə dəstək göstərir.

Ailə mühiti

Ailə mühiti

Valideyn himayəsindən məhrum olmuş və ya valideynsiz uşaqların ailə mühitində böyüməsinə şərait yaratmaq və onların gələcək həyatlarını qurmasına dəstək olmaq.
Davamlı inkişaf

Davamlı inkişaf

Uşaqların ailə daxilində davamlı münasibətlər qurmasına, öz mədəni və sosial dəyərlərinə uyğun böyüməsinə, maraq və bacarıqlarını inkişaf etdirməsinə kömək etmək.
Həyata hazırlıq

Həyata hazırlıq

Uşaqların gələcəkdə cəmiyyətin layiqli üzvü kimi formalaşması üçün zəruri təhsil, təlim və həyat bacarıqları əldə etməsinə dəstək göstərmək.
PROQRAM HAQQINDA

Proqramın əhatə etdiyi istiqamətlər

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı ve Gəncə şəhərlərində Ailə əsaslı qayğı proqramını (SOS Uşaq Kəndləri), Gənclər Evi layihələrini, Bakı, Gəncə və Sumqayıt şəhərlərində Təhsil proqramlarını, Bakı və Gəncə şəhərlərində Günərzi Qayğı Mərkəzi və Gəncə şəhərində Qısa Müddətli Qayğı layihəsini həyata keçirir.

Hər bir uşağın sevgi dolu bir evə ehtiyacı var. SOS Azərbaycan uşaqların müəssisələrə atılmasının qarşısını almaq məqsədi ilə erkən müdaxilə xidmətlərini həyata keçirir ki, uşaqlar öz bioloji ailələrində qalsınlar. Uşaq öz bioloji ailəsindən məcburi (müvəqqəti) ayrılmalı olduğu hallarda, uşağın öz bioloji ailəsinə yenidən qayıdacağı günə qədər o, fərdi yanaşma əsasında qayğı göstərilməsi mümkün olan bir mühitdə qalmalıdır. Nəticə etibarilə, SOS Azərbaycan Qısa Müddətli Qayğı (QMQ) layihəsini alternativ qayğı modeli kimi 2011-ci ildən başlayaraq Gəncə şəhərində və 2013-cü ildən başlayaraq Bakı şəhərində həyata keçirir.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı” üzrə strategiyanı nəzərə alaraq uşaqların ailələrə verilməsinə dair mexanizmin hazırlanması və Uşaq müdafiə sisteminin yaradılması ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, alternativ qayğının təşkili, Alternativ ailə növlərinin müəyyənləşdirilməsi və seçim meyarlarının hazırlanması sahəsində “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai vəkillik komponenti əsasında fəaliyyət göstərir.

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-yi diskriminasiyanın aradan qaldırılması, uşaqların maraqlarına sadiqlik, yaşama, inkişaf hüquqları, uşaqların düşüncələrinə qarşı hörmət kimi bir çox prinsipini özündə əks etdirən BMT UHK-nın çərçivəsində hazırlanmış ‘Uşaqlar üçün Keyfiyyət’ standartları əsasında fəaliyyət göstərir.

Ailə mühitinin uşaq üçün ən əhəmiyyətli dəyər olduğuna əmin olaraq fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-yi 17 ildir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərir. Hazırda Bakıda və Gəncədə yerləşən Uşaq Kəndlərində 200-yə yaxın uşaq və gənc yaşayır.

subscribe

Listen, Act, Learn. Subscribe to Our Updates.

Mattis enim ut tellus elementum sagittis. In egestas erat imperdiet sed euismod nisi porta. Ullamcorper malesuada proin libero nunc consequat interdum varius sit amet.